Əməkdar artist özündən çıxdı

Əməkdar artist Lalə Məmmədova ifa etdiyi "Məktəb illəri" ilə bağlı məzunlara qadağa qoyub. Bu haqda SİA-ya açıqlama verən ifaçı şagirdlərin bu əsəri oxumağa haqları olmadığını bildirib: "Bu əsərin sözlərini təhrif edib oxumağa uşaqların haqları yoxdur. Əgər çox istəyirlərsə, məktəb haqqında yeni mahnı yazıb ürəkləri istədikləri kimi ifa etsinlər. Təəssüflər olsun ki, əsərin müəllifləri Aygün Səmədzadə və Kəmalə Abiyevanın bundan xəbəri yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə