Murad Arif xanımına maraqlı hədiyyə etdi

Murad Arif xanımına maraqlı hədiyyə etdi

Aparıcı-bəstəkar Murad Arif mahnı oxumaq həvəsinə düşüb. SİA-nın məlumatına görə, o, "Həyat Yoldaşımsan" adlı yeni bəstəsini sevib, seçdiyi xanımına həsr edib. Uzun müddətdir hər kəsi intizarda saxlayan Murad Arifin ifa etdiyi adıçəkilən bəstə tamaşaçılar tərəfindən olduqca bəyənilib.

Nəzərinizə çatdıraq ki, "Həyat yoldaşımsan" mahnısının sözləri və musiqisi Murad Arifin özünə məxsusdur.

Qeyd edək ki, bəstəkar, müğənni fəaliyyətinə görə, imicində də dəyişiklik edib. Belə ki, o, pəhriz saxlayaraq, 20 kiloqram arıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə