Bu gün müğənni, əməkdar artist Sevda Ələkbərzadənin toyudur. SİA-nın məlumatına görə, Cənubi azərbaycanlı iş adamı Kome Yar ilə ailə həyatı quran müğənni bunu mətbuatdan gizli saxlamaq istəsə də, alınmayıb.
Jurnalistlərin girişi üçün bağlı olacaq toy Bakının dəbdəbəli otellərindən birində baş tutacaq. Sevda Ələkbərzadə müsahibə zamanı gələcək əri haqda bu sözləri demişdi: "Bircə onu deyə bilərəm ki, sevgi ilə ərə gedirəm. O, Cənubi Azərbaycandandır. Amerikada yaşayır. Yeni ildə İstanbulda istirahət edərkən ümumi dostlarımız bizi tanış ediblər. Mən qastrola və ya istirahətə gedəndə görüşürdük. O, mən olduğum yerlərə gəlirdi. Dil baryeri olduğunu da hiss etmirəm. Türk və ingilis dillərində danışırıq. Azərbaycan dilində danışanda bir-birimizi anlamırıq. Çünki ləhcə fərqlidir".
Qeyd edək ki, cütlüyün bir neçə gün öncə nikahları kəsilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB