“Miss Globe İnternational” da sənəd qəbulu dayandırıldı FOTOLAR

“Miss Globe İnternational” da sənəd qəbulu dayandırıldı FOTOLAR

"Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna sənəd qəbulu başa çatıb. Bu haqda SİA-ya danışan layihənin rəhbəri Nigar Məmmədova məlumat verib: ""Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasında Azərbaycanı təmsil edəcək qızı müəyyənləşdirmək çətin olacaq. "Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçimlərindəki münsif heyyətini açıqlamaq istəmirəm. Seçimlərdə iştirak edən gözəlləri münsiflər seçim günü , yəni mayın 25-də görəcəklər. Məqsədimiz Beynəlxalq yarışmanın bütün qaydalarına əməl etmək və Azərbaycanda həmişə inamsızlıqla yanaşılan gözəllik yarışmalarına inamı, marağı artırmaqdır. Düşünürəm ki, buna nail olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə