Sənətçi Toliki tərif atəşinə tutdu

Sənətçi Toliki tərif atəşinə tutdu

Müğənni Kərim Abbasov prodüser Tolikdən söz açıb. Bu haqda SİA-ya danışan Kərim Toliki o ki var tərifləyib: "Tolik işini bilən prodüserdir. O, bir çox böyük layihələri həyata keçirib. Onun işlərinə hörmətlə yanaşıram. Sözügedən prodüserin ideyaları yenidir. Toliklə işləməyə dəyər. Onu da deyim ki, ikimiz də şou-biznesdə qalmaqal edən insanlarıq. Ancaq düşünürəm ki, biz heç vaxt dalaşmarıq. Çünki ikimizində kifayət qədər yaşı var".

Qeyd edək ki, Kərim Abbasovun iyun ayında verəcəyi konserti Tolik həyata keçirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə