"Miss Globe Azerbaijan" müsabiqəsinin seçim turları başladı

"Miss Globe Azerbaijan" müsabiqəsinin seçim turları başladı

İyunun 21-də Bakıda "Crystal Hall"da baş tutacaq "Miss Globe İnternational" Beynəlxalq Gözəllik Yarışmasının yerli seçim turuna start verilib. Müsabiqənin təşkilatçılarından SİA-ya verilən xəbərə görə, mayın 16,17 və 18-i  "Kempinski" otelinin  6-cı mərtəbəsində yerləşən "Possedion" restoranında  sənədlərin qəbulu aparılacaq. 

Dünyaca məşhur müsabiqənin 89-cu Finalında iştirak etmək üçün "Miss Globe Azerbaijan" yarışmasının ilk seçim turuna gözəlliyinə və intelektinə güvənən 18-25 yaş arası subay qızlar qatıla bilər.  Kastinqə qatılmaq üçün şəxsiyyət vəsiqəsi və 1 ədəd tam boy şəkillə adıçəkilən ünvandakı xüsusi sənəd qəbulu stendinə yaxınlaşmaq lazımdır.  

25.05.2014 tarixində isə tanınmış münsiflərin seçimi ilə "Miss Globe İnternational- Azerbaycan" adına layiq görüləcək iştirakçının adı məlum olacaq. Ətraflı məlumat üçün (012 ) 480-44-81 telefon nömrələrinə zəng edə bilərsiniz.

Qeyd edək ki, yarışma "MERAC" production və "Signsart Adventure" şirkətinin təşkilatçılığı, eləcə də "Xəzər Adaları"nın (Khazar İslands) baş sponsorluğu ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə