Xalq artisti 34 il öncəyə qayıtdı

Xalq artisti 34 il öncəyə qayıtdı

Xalq artisti Nisə Qasımovadan yenilik var. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "İllər öncə səsləndirdiyim bəstələri yeni aranjimanda sevənlərimə təqdim edəcəm. Ancaq onları hələ ki, albom halında çıxarmağı düşünmürəm. Onu da deyim ki, 1980-cı ildə oxuduğum musiqisi Ələkbər Tağıyevə aid olan "Elə baxma" mahnısı artıq yeni aranjimanda hazırdır. Sözügedən bəstəni el şənliklərində məndən çox tələb edirlər. Düşünürəm ki, "Elə baxma" bəstəsi sevənlərimin ürəyincə olan mahnıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə