Aleksandr Rıbak Bakıda konsert verəcək

Aleksandr Rıbak Bakıda konsert verəcək

Xəbər verdiyimiz kimi "Eurovision 2009" Norveç təmsilçisi Aleksandr Rıbak Bakıda konsert verəcək. SİA-nın verdiyi xəbərə görə, ifaçı konsertinin hazırlıqları üçün artıq paytaxtımıza təşrif buyurub. Müğənni və skripkaçı mayın 15-də Heydər Əliyev Mərkəzində yeni layihəsini təqdim edəcək. A.Rıbak Bakı izləyicilərinin qarşısına Respublika İncəsənət Gimnaziyasının şagirdləri ilə birgə konsert proqramı ilə çıxacaq. Konsert 3 hissədən ibarət olacaq. Birinci hissədə səhnəni Respublika İncəsənət Gimnaziyasının şagirdləri, ikinci hissədə şagirdlər və Rıbak bölüşəcək. Skripkaçı gecəyə gələnlərə repertuarında olan hitlərini və yeni bəstələrini səsləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə