Qaliblər müəyyən oldu

"Kral Türkiyə Musiqi mükafatı"nın sahiblərinin adları açıqlanıb. SİA-nın verdiyi xəbərə görə, ilin qalibləri Gülşənlə Mustafa Ceceli olub. Belə ki, Gülşən beş, M.Ceceli isə iki mükafat qazanıb. Qaliblər interaktiv yolla əhalinin, rejissorların, təşkilatçıların, radio işçilərinin, musiqiçilərin və sənətkarların rəyinə əsasən müəyyənləşdirilib. Səsvermədə 3 milyon 900 min insan iştirak edib. 20 illik yubileyini qeyd edən "Kral Musiqi mükafatları"na layiq görülmüş sənətçilər Türkiyə bölgələrini gəzərək konsertlər verəcəklər.

Qeyd edək ki, həmyerlimiz Röya Ayxanın "Gəmiçilər" sinqlı da müsabiqədə iştirak edib, lakin yer tuta bilməyib.

Qalibləri təqdim edirik:

"Ən yaxşı albom" – Gülşən "Beni durdursanmı"

"Ən yaxşı mahnı" – Gülşən "Yatcaz-kalkcaz"

"İlin ən yaxşı mahnı sözü yazanı" – Gülşən

"İlin ən yaxşı bəstəkarı" – Gülşən

"İlin ən yaxşı mahnısının aranjimançısı" – Ozan Çolakoğlu

"Ən yaxşı kişi sənətçi" – Mustafa Ceceli

"Ən yaxşı qadın sənətçi" – Gülşən

"Ən yaxşı qrup" – "Duman"

"Ən yaxşı klip" – "Öylə də gözəl" (Sertap Erener)

"Ən yaxşı layihə" – Ayselin

"Ən yaxşı remiks" – Birol Giray (Be Gee) – "Cavapsız sorular" ("Manqa")

"Ən yaxşı debüt" – Oğuzhan Koç

"Ən yaxşı film musiqisi" – "Kələbəyin rüyası" Rəhman Altan

"Ən yaxşı serial musiqisi" – "Medcezir" Toyqar İşıklı

"Ən yaxşı sinql" – "Ya ya ya" Hande Yener

"Ən yaxşı duet" – "Kalbinə sürgün" Rafet El Roman və Ezo

"Ən yaxşı kover mahnı" – Tarkan "Firuzə"

"Ən yaxşı instrumental albom" – "Taksim trio 2"


"Radiolarda ən çox səsləndirilən mahnı" – Bengü "Yaralı"

"Mahnıları radiolarda ən çox səsləndirilən müğənni" – Mustafa Ceceli

Bütün xəbərlər Facebook səhifəmizdə