Aktyorun maşınını vurdular FOTOLAR

Aktyorun maşınını vurdular FOTOLAR

"Sənə inanıram" serialının əsas qəhrəmanı, kinoaktyor Ruslan Sabirlinin başına iş gəlib. Aktyor SİA-ya açıqlama verərək avtomobil qəzası keçirdiyini bildirib: "Dünən xarici nömrəli avtomobil mənim maşını vuraraq hadisə yerindən uzaqlaşdı. Bu zaman mən də maşınımı sürətlə idarə edərək həmin avtomobilin arxasınca getdim. Son anda başqa bir maşınla toqquşdum. Maşınım yan tərəfdən əzilib. Avtomobildə tək olmamışam. Onu da deyim ki, adını çəkmək istəmədiyim şəxs bir an belə mənim yanımdan ayrılmadı. Bəlkə də onun yanımda olmağı mənim həyatımı xilas etdi. Hazırda evdəyəm və şükürlər olsun ki, hər şey qaydasındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə