Müğənnilər Samirə Allahverdiyeva ilə Roza Zərgərli arasında inciklik yaranıb. Belə ki, Samirə sosial şəbəkədə Rozanın fotosunun altında "Bacı, sinəni ört" sözünü yazıb.
Məsələ ilə əlaqədar olaraq Rozanın fikirlərini öyrəndik. O, SİA-ya açıqlaması zamanı bunları dedi: "Samirə mənim həmkarımdır. Sadəcə olaraq zarafatla sosial şəbəkədə şəklimin altına yazdı ki, sinəmi bağlayım. Onu da deyim ki, kinli biri deyiləm. Mənə qarşı səhv addım atanı da bağışlayıram".
Sözügedən olaya Samirə də münasibət bildirdi: "Rozanı çox istəyirəm. Sadəcə olaraq media xəbəri şişirdib. Bu mənə dərs oldu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB