Bu gün müğənni Roza Zərgərlinin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Ulu Öndər" klipinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, klip 3D formatında çəkilib. Klipin ideya müəllifi, rejissoru və həmçinin mahnının musiqisi Roza Zərgərliyə, sözləri isə Sənan Yaquboğluna məxsusudr. Montaj işini Elmar Həşimov öz öhdəsinə götürüb.
Tədbirdə çıxış edən səbəbkarın sözlərinə görə, klipdə Ulu Öndərin 50-dən çox fotoşəklindən istifadə edilib və ekran işi 2 aya ərsəyə gəlib. Roza onu da diqqətə çatdırıb ki, Ümummilli Liderə həsr olunmuş 3D formatında klip də çəkdirməyi də planlaşdırır.
Qeyd edək ki, mərasim jurnalistlərin sualları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB