Tunar hansı sənətçilərə mahnı yazır?

Tunar hansı sənətçilərə mahnı yazır?

Bəstəkar-müğənni Tunar yeniliklərindən söz açıb. Bu haqda SİA-ya danışan Tunar yeni albom və bəstələr üzərində çalışdığını dilə gətirib: "İyul ayında yeni albomum ərsəyə gələcək. Adını hələ qoymadığım diskdə bacım Günellə birgə ifa etdiyimiz mahnılarımız yer alacaq. Albom işinin yekunları Türkiyə və Azərbaycanda tamamlanacaq".

Sənətçi yeni mahnılar üzərində çalışdığını da söyləyib: "Səsyazma studiyası açmışam. Bir çox müğənnilərin xahişi ilə yeni bəstələr yazıram. İfaçılar Natəvan Həbibinin, Röya Ayxanın, Mətanət Əsədovanın və Mətanət İsgəndərlinin səs tembirlərinə uyğun mahnılarım son bir neçə günə hazır olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə