Müğənni kimi unuda bilmədi?

Müğənni Kərim Abbasov yeni klip çəkdirir. Bu haqda SİA-ya məlumat verən sənətçi sözügedən ekran işini konsertində təqdim edəcəyini söyləyib: "Bildiyiniz kimi, konsert verməyi düşünürəm. Konsertimdə bir çox yeniliklərim olacaq. Eyni zamanda konsertimdə yeni klipimi təqdim edəcəm. Lentə aldıracağım bəstə "Yox unutmadım" adlanır. Ekran işini Fuad Əlişov çəkəcək. Mahnının musiqisi Gövhər Həsənzadəyə məxsusdur".

Bütün xəbərlər Facebook səhifəmizdə