Müğənni Zarina Məmmədova növbəti yenilik üzərində çalışır. Bu haqda SİA-ya prodüseri Təranə Səmədova məlumat verib: "Bildiyiniz kimi, Zarinanın "Bir acı" bəstəsi böyük səs-küyə səbəb olduğu üçün Türkiyəli rejissor Kemal Başbuğ tərəfindən lentə alındı. Yaxın günlərdə Zarinanın Ümit Sayınla duet oxuduğu "Kader utansın" mahnısının remix variantı işıq üzü görəcək. Daha sonra sözügedən ifaçı Elçin İmanovdan və digər adlarını hələ ki, sirr saxladığım bəstəkarla yeni mahnılar üzərində çalışır. Zamanla bütün yeniliklər tamaşaçıların ixtiyarına verəcəyik".
Prodüser görkəmindən də söz açaraq xeyli arıqladığını söyləyib: "3 ay bundan öncə 106 kiloqram idim. Hazırda 83 kiloqramam. Ancaq yenə də idmanla məşğul oluram ki, 60 kilo olum. Xanımlarımıza da məsləhət görərdim ki, idmanla məşğul olsunlar".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB