Müğənni Sevinc Ağaşirinova rəqqasə Fatimə Fətəliyevadan inciyib. Bu barədə SİA-ya danışan Sevinc küsülülüyün səbəbini açıqlayıb: "Bildiyiniz kimi "Sən də get" adlı bəstəmi lentə aldıracam. Həmin klipdə ilanımla birgə rəqs etməliyəm. Buna görə də Fatimədən xahiş etdim ki, mənə bu işdə kömək olsun. Ancaq bildirdi ki, işlərim çoxdur. Amma düşünürəm ki, rəqsin hansısa hərəkətini öyrətmək çox vaxt tələb etmir. Ona görə Fatimə Fətəliyevadan incimişəm".
Məsələ ilə əlaqədar olaraq qarşı tərəfində fikirlərini öyrəndik: "Sevinci çox istəyirəm. Zamanım olmadığı üçün Sevinclə məşğul ola bilmirəm. Ancaq mən S. Ağaşirinovaya məsləhət görmüşəm ki, həmkarım İlhamdan dərslər alsın".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB