Müğənnilər konsert verəcək

Müğənnilər Nuri Sərinləndirici və Jane Şirokih birgə konsert proqramı ilə çıxış edəcəklər. SİA-nın verdiyi xəbərə görə, konsert may ayının 31-də, Yaşıl Teatrda baş tutacaq. İfaçılar "De ki, sevirəm " adlı konsertləri ilə mövsüm açılışı edəcəklər.

Qeyd edək ki, onlar gecəyə təşrif buyuran qonaqlara sevilən bəstələri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə