Müğənni Emil Bədəlov şou-biznesdə dostluq etdiyi məhşurdan söz açıb. Sənətçi SİA-ya açıqlaması zamanı həmin şəxsin adını açıqlayıb: "Şou-biznesdə və adi həyatda yaxınlıq etdiyim insan bəstəkar Hacı Nazi Məmmədovdur. O, mənim qardaşımdır. Nazimlə ailəvi dostuq. Eyni zamanda onunla 2 dəfə Həcc ziyarətində olmuşuq. Çox istedadlı müğənni-bəstəkardır. Hazırda gündəmdə olan sənətçilərə mahnı baxımdan çox kömək olur".
Bu barədə qarşı tərəfin də fikirlərini öyrəndik: "1998-ci ildən Emil Bədəlovla dostluq edirəm. Məndən 3 yaş balaca olmasına baxmayaraq, dəyərli fikirləri var. Çox işlərimdə Emildən məsləhət alıram. Həm də Emillə ailəvi yaxınlığımız var. Dəfələrlə ailəvi istirahətə getmişik. Hətta həyat yoldaşlarımız da bir-birlərini çox istəyir. Demək olar ki, ikisi də eyni xasiyyətdə olan xanımlardır. Məni Emillə bağlayan bir çox simlər olduğu üçün dostluğumuz daimidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB