Əldə etdiyimiz məlumata görə, aktyor-teleaparıcı Əkbər Əlizadə qeyri-rəsmi nikahdan olan qızını fiziki və əqli qüsurlu uşaqlar üçün internat evinə verib. Məsələ ilə bağlı teleaparıcının özü ilə əlaqə yaratdıq. Bu barədə SİA-ya açıqlama verən aktyor olanlara münasibət bildirdi: "Bu xəbər ağ yalandır, şər-böhtandır. Həyatımda bir dəfə də olsun Saray qəsəbəsində olmamışam. Kiminsə axmaqlığı ucbatında adıma xələl gətirəsi söz-söhbətlər yaradırlar. Nəzərinizə çatdırım ki, mənim 3 övladım var. 2004-cü ildə ailə həyatı qurmuşam. Böyük qızım Fatimə 2005-ci ildə, kiçik qızım Günay 2009-cu ildə, bu ilin yanvar ayının 7-də isə oğlum dünyaya gəlib. Mənim ailəm 5 nəfərdən ibarətdir. Əlilliyi olan bütün balalara isə Allahdan can sağlığı, ailələrinə səbr diləyirəm. Mənim uşağım kimi təqdim olunan qızın valideyinlərinə isə Allah hidayət versin".
Yeri gəlmişkən, aktyor 2014-cü ildə dünyaya göz açan oğlunu bu gün sünnət etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB