Müğənni Yaşar Cəlilov Azərbaycanın bir çox sevilən mahnıların müəllifi, bəstəkar Kəmaləddin Heydərovun (Kamal) yeni bəstəsini ifa edib. Müğənni bu haqda SİA-ya açıqlama verərək mahnının artıq hazır olduğunu söyləyib: ""Ulduzlu gecə" mahnısının sözləri nəğməkar şair Baba Vəziroğluna aiddir. Kompozisiyanın aranjemanı zamanı 12 skripkadan istifadə olunub. Y. Cəlilovu Türkiyənin peşəkar skripkaçıları müşayiət edib. Bəstə lirik janrdadır".
"Ulduzlu gecə" mahnısı Y. Cəlilovun bu il işıq üzü görəcək üçüncü albomuna daxil ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB