Əməkdar artist Firuzə İbadova Azərbaycan musiqisində xüsusi yeri olduğunu söyləyib. Bu haqda SİA-ya danışan sənətkar şou-biznesdə qalmaqal edən həmkarları ilə eyni səviyyədə olmadığını diqqətə çatdırıb: "Bu il 60 yaşım oldu. Mənim Azərbaycan musiqisində xüsusi kürsüm var. Artıq 43 ildir ki, səhnədəyəm. Mən bəzi sənət dostlarım kimi qalmaqal yaradıb, özümü reklam etmirəm. Ən əsası onlarla özümü eyni səviyyədə görmürəm. Onu da deyim ki, lirik janrı tamaşaçılara mən sevdirmişəm. Məndən sonra müğənnilər bu üslubda bəstələr səsləndiriblər".
Səhhəti haqqında danışan xanım İbadova hazırda müalicə aldığını da dilə gətirib: "Şəxsi məsələlərimə görə, səhhətimdə problemlər yaranmışdı. Ən əsası əsəb sistemlərim pozulmuşdu. Artıq 4 aydır ki, müalicə olunuram. Ancaq buna baxmayaraq, bütün dövlət tədbirlərində iştirak edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB