Türkiyəli müğənni Serdar Ortaçın müflisləşdiyi xəbəri yayılıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı 1 milyonluq avtomobillərini sataraq borclarını ödəyir. Serdar özü bu haqda danışaraq bütün söz-söhbətlərə son qoyub: "Müflisləşməmişəm. Əgər borcum olsaydı, 300 min liraya cip markalı maşın almazdım. Amma heç vaxt imkanlı müğənni də ola bilməmişəm. Onu da deyim ki, atamın 4 dənə avtomobili var idi, ancaq dəfn ediləndə kəfənə bürüdülər".
Qeyd edək ki, sənətçi may ayında albomunu ərsəyə gətirəcək və daha sonra nigah masasına əyləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB