Bəstəkar Hacı Nazim Məmmədov xalq artisti Flora Kərimovayla və əməkdar artist Abbas Bağırovun mahnı üzərində yaranan söz-söhbətlərinə münasibət bildirib. Bu haqda SİA-ya danışan Nazim Abbası müdafiə edərək Flora Kərimovaya məsləhət verməyi də unutmayıb: "Bu zamanadək sənətkar, xalq artisti Zeynəb Xanlarovanın adı heç bir qalmaqalda səslənməyib. Çünki o, səviyyəsini hər zaman qoruyub. İndiki xalq artistləri isə gənclərə guya məsləhət verir. Əksinə söz-söhbət yaradırlar. Onlardan biri də gözəl səs sahibi olan xalq artisti Flora Kərimovadır. Flora xanım gənc nəslin ifaçılarına irad bildirə bilər. Ancaq efir xatirinə qalmaqal yaratmaq lazım deyil. Flora xanım Abbas Bağırova zəng edərək, mahnını səhv oxuduğunu özünə desə, daha yaxşı olardı. Yoxsa Əli Mirəliyev kimi əlini qulağının arxasına qoyub, nə gəldi danışmaq olmaz. Axı Flora Kərimova çox səviyyəli müğənnidir!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB