Nicat Rəhimovun arxivindən nə çıxdı?

Nicat Rəhimovun arxivindən nə çıxdı?

Hər kəsin "Bozbash Pictures" və "Bacanaqlar" seriallarından yaxşı tanıdığı Nicat Rəhimov daha bir bacarığının olduğunu ortaya çıxarıb. Bu haqda SİA-ya danışan Nicat illər öncə müğənnilik etdiyini bildirib: "Mədəniyyət və İncəsənət Universitetində musiqili komediya aktyorluğu fakultəsini bitirmişəm. Vakal dərsləri almışam. Zamanında aktyorluqla müğənnilik arasında seçim edirdim. Bir müddətdən sonra xalamoğlu və müğənni Rüfət Axundovla toylara gedib, ifaçılıq etdim. Hətta "Gülə-gülə" adlı mahnıya klip də çəkdirdim. Daha sonra özümü aktyorluğa yönləndirdim. Nəzərinizə çatdırım ki, hazırda mən müğənni yox, aktyoram".

İllər öncə aktyor Nicat Rəhimovun rejissor Nail Naiboğluna lentə aldırdığı klipi sizlərə təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə