Kərim konsert verəcək

Müğənni Kərim Abbasov konsert proqramı verməyə hazırlaşır. Bu haqda SİA-ya sənətçinin prodüseri Məmməd Məhərrəmov məlumat verib: "Kərim bir neçə aydan sonra konsert verəcək. Konsert "Yaşıl Teatr"da baş tutacaq. Buna görə də çox ciddi hazırlıqlar gedir. Çox fərqli və maraqlı konsert olacaq. Konsertini həyata keçirdikdən sonra respublikanı qarış-qarış gəzəcək. Gəncədə, Xaçmazda, Sumqayıtda və başqa bölgələrdə konsertlər verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə