Roza Zərgərli növbəti dəfə duet oxudu

Roza Zərgərli növbəti dəfə duet oxudu

Müğənni Roza Zərgərlinin növbəti duet ortağı bəlli olub. SİA-nın məlumatına görə, o, Türkiyənin tanınmış rok qrupu olan "Pankart"la duet ifa edib. Onlar ritmik versiyada olan "Oyuncaq" mahnısını oxuyaraq lentdə aldırıblar. Bu işbirliyini isə Türkiyənin məşhur musiqi şirkəti olan "Dokuz Sekiz Music Production" şirkəti həyata keçirib. Sözügedən mahnıya Türkiyənin Ankara şəhərində klip çəkiləcək. Həmin ekran işi isə "Kral Pop", "TMB Muzik" kanallarında yayımlanacaq. Layihənin meneceri isə Kamal Bilalovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə