Müğənni Manaf Ağayev tez nəzərə gəldiyini deyib. İfaçı bu haqda SİA-ya açıqlama verərək mülkü haqqında gəzən söz-söhbətlərdən bezdiyini bildirib: "Hər zaman mətbuatda evim və maşınım haqqında xəbərlərin yayımlanmasının əlehinə olmuşam. Çünki tez nəzərə gəlirəm. Evimdə çəkiliş olan kimi başıma pis hadisələr gəlir. Onu da deyim ki, 30 il səhnədə olduğum üçün toylarda tər töküb, pul qazanaraq ev tikdirmişəm. Zamanında mən də çox əziyyət çəkmişəm. Kirayədə şəraiti olmayan evdə yaşamışam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB