Rusiyanın xalq artisti konsert verdi FOTOLAR

Rusiyanın xalq artisti konsert verdi FOTOLAR

Rusiyanın xalq artisti Valeriya Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. SİA-nın verdiyi xəbərə görə, müğənni 45 yaşını səhnədə qeyd edib. Sənətçi konsertdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrı və Dövlət Xor Kapellası müşayiət edib. O, bir-birinin ardınca sevilən bəstələrini səsləndirib və Bakını çox sevdiyini söyləyib.

Qeyd edək ki, müğənni konsertdə xalq artisti Polad Bülbüloğlu ilə duet oxumağı planlaşdırsa da, sənətkarın səhhətində problem yarandığı üçün konsertə gələ bilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə