Üzeyir Mehdizadə xalq artisti ilə oxudu oğurluq duetdən danışdı

Üzeyir Mehdizadə xalq artisti ilə oxudu oğurluq duetdən danışdı

Xalq artisti Aygün Kazımova və Üzeyir Mehdizadənin birlikdə ifa etdiyi "Qoy bütün aləm bizdən danışsın" duetini Türkmənistan sənətçiləri oxuyub. Türkmənistanlı Babamyrat Ereşov və Zalina bu mahnıya klip də çəkdirib. Ekran işində mahnının heç bir müəllifi və öncəki ifaçılarının adı yazılmayıb.

Məsələ ilə əlaqədar meyxanaçı Üzeyir Mehdizadə SİA-ya münasibətini bildirib: "Mənim mahnılarımı əcnəbi müğənnilər ifa edirsə, burda pis heç nə yoxdur. Hər bir ifaçı kimi mən də istəyirəm ki, səsləndirdiyim bəstələr unudulmasın. Amma ən azından xalq artisti Aygün Kazımovayla adımızı qeyd etməli idilər".

Bütün xəbərlər Facebook səhifəmizdə