Hər zaman sevənlərinə pozitiv enerji verən müğənni Emil Bədəlov yeniliklərindən söz açıb. Emil SİA-ya bu haqda ətraflı məlumat verib: "Sözləri Günel Əsgərovaya, musiqisi yaxın dostum Hacı Nazim Məmmədova, aranjimanı isə Turala aid mahnı oxuyacam. Bu gün sözügedən parçanı səsyazma studiyasında canlı orkestr ifa edəcək. Bəstə lentə alındıqdan sonra mahnını səsləndirəcəm. Hələ ki, bəstəyə ad verməmişik. Amma musiqinin sözlərini oxuduqdan sonra Hacı Nazimlə ad fikirləşib qoyacağıq. Mən bəzi sənət dostlarım kimi kaprizli deyiləm ki, bəstəkarın qoyduğu adı dəyişim. Onu da deyim ki, hazırda üzərində işlədiyim nəğmə dinləyicilər tərəfindən sevilərsə klip də çəkdirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB