Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsindəki təmsilçimiz Dilarə Kazımova oxuyacağı "Start a Fire" mahnısının Azərbaycan dilində versiyasını təqdim edib. SİA-nın məlumatına görə, mahnının Azərbaycan versiyasının adı "Bir qığılcım"dır. Dilarə Kazımova belə versiyanın yaranmasını mahnını ilk dəfə eşitdiyi andan arzulayıb.
Təmsilçimiz "Start a Fire" mahnısı dərin mənaya malik olduğunu bildirib: "Onun süjeti mənə və ölkəmə çox yaxındır. Mən mahnının doğma dilimə tərcümə olunmasını səbirsizliklə gözləyirdim".
Qeyd edək ki, Dilarə Kazımova "Start a Fire" mahnısını 8-ci nömrə altında "Eurovision-2014" müsabiqəsinin mayın 6-da keçiriləcək birinci yarımfinalında təqdim edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB