Teleaparıcı haqqında yayılan xəbərə köməkçisi aydınlıq gətirdi

Teleaparıcı haqqında yayılan xəbərə köməkçisi aydınlıq gətirdi

Yayılan xəbərə görə, teleaparıcı-psixoloq İlham Mirzəyevə aid olan Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən "Tale Yolları" Şadlıq Sarayı polis əməkdaşları tərəfindən nəzarətə götürülüb. Hətta sözügedən şadlıq sarayının administratoru Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb və izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Sözügedən məsələ haqqında SİA-ya danışan İlham Mirzəyevin köməkçisi Ruslan xəbəri təkzib edib: "İlham Mirzəyevin "İlhaMed" klinikasından başqa heç bir əmlakı yoxdur. "Tale Yolları" Şadlıq Sarayı da İlham müəllimə aid deyil".

Qeyd edək ki, İlham Mirzəyevin saxlanmasına səbəb vətəndaşların aparıcı tərəfindən aldadılması ilə bağlı çoxsaylı müraciətlər olub. İlham Mirzəyevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Hazırda istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə