Türkiyəli sənətçi Ebru Gündeş və əslən azərbaycanlı olan həyat yoldaşı Rza Zərrab media nümayəndələrinin əlindən təngə gəlib. SİA-nın verdiyi xəbərə görə, cütlük jurnalistlərin suallarından canlarını qurtarmaq üçün yaşadıqları evdən köçüblər. Onlar hazırda Kanlıcada yerləşən Zekeriyaköyündə məskunlaşıblar. Hətta məhşurlar telefon nömrələrini də dəyişdiriblər.
Qeyd edək ki, Rza Zərrab ötən ilin dekabrın 17-də rüşvət əməliyyatı zamanı saxlanılmışdı. Bu zaman onun həyat yoldaşı Gündeş jurnalistlərin suallarından canını qurtarmaq üçün konsert və televiziya verilişlərini də təxirə salmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB