Mətanət İsgəndərli haqda yazılanlar doğrumu, yalanmı?

Mətanət İsgəndərli haqda yazılanlar doğrumu, yalanmı?

Bir müddət əvvəl xəbər saytları müğənni Mətanət İsgəndərlinin narkotik istifadəçisi olduğu haqda məlumat yaymışdılar. Xanım müğənni məsələ ilə bağlı əvvəlcə münasibət bildirmək istəməsə də, sonradan məlumatın doğru olmadığını bildirmişdi və yalan xəbər yayanları məhkəmə ilə hədələməkdən belə çəkinməmişdi. Sonra isə açıqlamalarının birində qan analizi verəcəyini və bununla da söz-söhbətlərə son qoyacağını dilə gətirmişdi. Budur, həmin qalmaqaldan 3-4 gün keçir. Mətanət İsgəndərlinin qan analizi verib-vermədiyindən isə səs-səmir gəlmir.

SİA olaraq oxucular üçün maraq kəsb edən xəbərin nəticəsini öyrənmək məqsədi ilə M.İsgəndərlinin özü ilə əlaqə saxlamaq qərarına gəldik. Telefonu sənətçinin bacısı Təranə xanım açdı. Mətanət xanımın yanında olmadığını və suala cavab verə bilməyəcəyini dedi. Sualımızı Təranə xanım ünvanlayanda isə əvvəlcə qışqırmağa başladı, sonra isə bu haqda sual verməməyimizi bizdən tələb etdi.

Maraqlıdır, Təranə xanımın aqressiv cavabından belə qərara gəlmək olarmı ki, Mətanət İsgəndərlinin bir neçə gün öncə verdiyi qan analizi gözlənilən nəticəni verməyib?

Mətanət İsgəndərlinin də məsələyə münasibətini dərc etməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə