Müğənni Yaşar Cəlilov Türkiyəyə səfər edib. Bu haqda SİA-ya sənətçinin özü məlumat verib: "Yeni mahnımın aranjeman işləri ilə əlaqədar olaraq qardaş ölkəyə üz tuturam. Bəstəmin və müəlliflərinin adlarını hələlik sirr saxlayıram. Mahnı yaxın vaxtlarda təqdim olunacaq. Son tamamlanma işləri gedir. Onu da deyim ki, yeni bəstəm 3-cü albomuma daxil ediləcək".
Qeyd edək ki, Yaşar səfərindən döndükdən sonra bu barədə daha ətraflı məlumat verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB