Enrike İqlesias soyunacaq

Məşhur müğənni Enrike İqlesias maraqlı addım atacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı İspaniya yığma komandası Dünya Çempionatında qalib gəlsə, London meydanında çılpaq oxuyacaq. 38 yaşlı müğənni "Firday's Chatty" teleşousunda aparıcı Alan Karr ilə söhbəti zamanı bunu söz verib.

Qeyd edək ki, bundan əvvəlki çempionatda Enrike vəd verərək, su üzərində çılpaq halda xizək sürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə