Xalq artisti ölkəni tərk edir FOTOLAR

Xalq artisti ölkəni tərk edir FOTOLAR

Azərbaycanın xalq artisti Flora Kərimova Niderlanda səfər edəcək. Xanım sənətçi bu səfərə gənc müğənni Rövşən Civişovla gedəcək və birgə konsert proqramı ilə çıxış edəcək.

Aprelin 13-də Niderland Krallığında "Beniluks" Azərbaycan Konqresinin yeni yaranmış iki təşkilatının təqdimetmə mərasimi baş tutacaq. Konqresdən SİA-ya verilən məlumata görə, hər iki təşkilatın (Brabant Əyaləti Azərbaycanlıların Məclisi və Şimali Hollandiya Azərbaycanlıların İttifaqı) təqdimetmə mərasiminə xüsusi hazırlıq işləri gedir.

Təqdimat mərasiminin rəsmi hissəsindən sonra xalq artisti Flora Kərimova ilə gənc müğənni Rövşən Civişovun mərasim iştirakçıları qarşısında çıxış edəcəklər. Tədbirdə Azərbaycan və Türk diasporunun üzvləri, diplomatlar, rəsmilər, mətbuat və yerli xalqın nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbir Niderland Krallığının Rotterdam şəhərində başlayacaq. Səfər "Beniluks" Azərbaycan Konqresinin prezidenti Sahil Qasımovun dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Hollandiyada konsertdən əlavə, Flora Kərimova ilə Rövşən Civişovun birgə ifa etdiyi "Mən də bu sevgiyə dözüm yox" adlı mahnıya sözügedən ölkənin texnikası ilə klip çəkilməsi də nəzərdə tutulur. Klip çəkilişləri Amsterdamın bir neçə məşhur məkanında gerçəkləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə