Murad Sadığ həsrətində olduğu klipi təqdim etdi

Murad Sadığ həsrətində olduğu klipi təqdim etdi

Bu gün müğənni Murad Sadığ "Həsrətindəyəm" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Murad 7 ay əvvəl çəkilmış bu ekran işinin gec təqdim olunmasının səbəblərini açıqlayıb: "Klipin bəzi kadrları yanmışdı. Buna görə də təqdimat gecikdi. Məcbur olub ssenarini tamamilə dəyişdik. Amma bu formada daha maraqlı alındı".

Nəzərinizə çatdıraq ki, klipdə M.Sadığın tərəf müqabili ATV telekanalının əməkdaşı Aysel Tahirqızıdır.

Qeyd edək ki, "Həsrətindəyəm" adlı bəstənin sözləri Leyli İsrafilovaya, musiqisi Sevinc Tağıyevaya məxsusdur. Klipi rejissor Ramin Ağasiyev ərsəyə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə