İradə İbrahimova: "İlk hədiyyəm qaynatamdan antik qramofon olub"
Bu gün müğənni İradə İbrahimovanın ad günüdür. SİA-nın verdiyi xəbərə görə, sənətçi xoş gününü media nümayəndələri ilə bölüşüb: "Mənə bu yaşımı görməyi nəsib etdiyinə görə Allaha şükür edirəm. Yaş üstə yaş gəldikcə daha da dolğunlaşdığımı və kövrəkləşdiyimi anlayıram. Övladım dünyaya gələndən həyat məndən ötrü daha çox şirinləşib".
Müğənni ad gününü dostları ilə birlikdə qeyd edəcək: "Bu günümdə bacım Nigar yanımdadır. İlk təbriki də bacımdan və həyat yoldaşım Ceyhundan almışam. Hədiyyələrimi də axşam verəcəklər. Hələlik ilk hədiyyəm qaynatamdan antik qramofon olub. Çox dəyərli hədiyyədir. Doğum günümü ailə üzvlərimlə və dostlarımla bir yerdə qeyd edəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB