Günay İbrahimli: “Vaxtı çatanda mütləq ərə getməliyəm”

Günay İbrahimli: “Vaxtı çatanda mütləq ərə getməliyəm”

Hazırda Türkiyədə istirahət edən Günay İbrahimli ailə quracağı bəydən söz açıb. Bu haqda SİA-ya danışan Günay çoxlu sayda övladlarının olmasını istəyib: "Yaxın vaxtlarda ailə qurmağı planlaşdırmıram. Çünki iş həyatı ilə ailə bir az uyğun gəlmir. Mənim də hələ qarşıda maraqlı layihələrim var. Onları həyata keçirmək istəyirəm. Ancaq vaxtı çatanda mütləq ərə getməliyəm. Çünki hər bir qadın xoşbəxt olmaq istəyir. Mən də arzulayıram ki, çoxlu uşaqlarım olsun. Xüsusilə nəzərinizə çatdırım ki, ailə qurduğum bəy qaraşın, hündürboy, özünə hörmət edən, çalışqan, ağıllı olmaldır. Onu da deyim ki, heç vaxt şou-biznesdə olan biri ilə evlənmərəm".

Bütün xəbərlər Facebook səhifəmizdə