Aktyor göz yaşları tökdü

Xəbər verdiyimiz kimi, Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın həyat yoldaşı, aktyor Tolqa Karel "Survivor" yarışmasına qatılıb. SİA-nın verdiyi xəbərə görə, ötən gün yayımlanan bölümdə Tolqa göz yaşlarını saxlaya bilməyib. Belə ki, həmin gün keçirilən yarışın şərtlərinə əsasən, qalib komandaya ailəsindən gəlmiş məktub veriləcəkdi. Lakin "Məşhurlar" komandası yarışı uduzub. Buna görə çox pis olan T. Karel ağlamağa başlayıb: "Ailə tam fərqli bir şeydir. Həyat yoldaşım və oğlum üçün çox darıxıram. Hisslərimi izah edə bilməyəcəm (ağlayır). Bu gün onlardan gələn məktubu oxuyacağıma ümid edirdim. Amma alınmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə