Ledi Qaqa 28 yaşını səhnədə qeyd etdi

Ledi Qaqa 28 yaşını səhnədə qeyd etdi

Dünyaca məşhur müğənni və hər zaman öz qeyri-adi hərəkətləri ilə bütün insanların yaddaşında qalmağı bacaran Ledi Qaqa 28 yaşını Nyu-Yorkda "Roseland Ballroom"da verdiyi konsert ərəfəsində qeyd edib. SİA-nın xəbərinə görə, konsertdə Ledinin ifasından çox libası diqqət çəkib. Çılpaq bədəninə üzəri güllərlə bəzədilmiş adi tül paltar geyinən Qaqa məkana taksi ilə gəlib. İfaçının mindiyi taksi də başdan-ayağa çiçəklərlə bəzədilib.

Ledi Qaqa 1985-ci ildən fəaliyyət göstərən "Roseland Ballroom"da 7 gün konsert verəcək. Daha sonra klub fəaliyyətini dayandıracaq. Nyu-Yorkda səhnədə qeyd edib. Kosertdən olan ən maraqlı görüntüləri təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə