Müğənni-bəstəkar Ramal İsrafilov xalq artisti Aygün Kazımovanın ifa etdiyi "Biletini alma" mahnısından danışıb. SİA-nın verdiyi xəbərə görə, Ramal verilişlərin birində bu bəstəni əslində Günay İbrahimli üçün yazdığını deyib: " "Biletini alma" bəstəsini Günay İbrahimli üçün yazmışdım. Qonorar söhbəti oldu və Günay mahnını oxumadı. Daha sonra Aygün Kazımovanın pərəstişkarı, işçisi Kazım Sübhan xahiş etdi ki, "Biletini alma"nı xalq artisti səsləndirsin. Razılaşdım. Aygün xanımla duet oxumalı idik. Bir həftə sonra isə mahnını Aygün xanımın ifasında eşitdim. Bu da mənə xoş gəlmədi. İfası məni qane etmədi. Aygün Kazımovadan belə ifa gözləmirdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB