Müğənni Rəqsanə İsmayılovanın bir müddət öncə səsyazma studiyasında lentə aldırdığı kadr mətbuatda səs-küy yaradıb. Həmin lent yazısında ifaçının səsinin nasazlığı müzakirəyə çıxarılıb. Bu haqda SİA-ya açıqlama verən sənətçi məsələyə aydınlıq gətirib: "Efirlərin biri üçün yeni mahnım haqqında sujet hazırlanırdı. Təklif etdilər ki, səsyazma studiyasına gedib, bəstəmi zümzümə edim. Qızdırmalı, xəstə yatağımdan qalxıb, dəvətlərini qəbul etdim. İkinci səsimin efirə getməyəcəyini bilib, xəstə səsimlə oxudum. Hansı sənətçinin səsi tutulmur? Müğənninin səsi tutulanda, onun ifasını topa tutmaq lazım deyil. Mən kadrların nə zamansa ictimaiyyətə yayılacağını bilsəydim, bu addımı atmazdım. Nəzərinizə çatdırım ki, bu gün ən çox toyda oxuyan müğənnilərdənəm. Tək Azərbaycanda yox, başqa ölkələrə də ən yaxşı el şənliklərinə dəvət olunuram".
Rəqsanənin son günlər media mənsublarına olan münasibəti də müzakirə obyektinə çevrilib. Lakin sənətçi bunun şişirdildiyini iddia edib: "Verilişlərin birinə mərhum reper Hüseyn Dərya haqqında danışmaq üçün qatıldım. Efir vaxtı jurnalisti haqqımda səhv danışdığı üçün peşəsinə hörmət etməyə çağırdım. Onu da deyim ki, əgər hansısa media işçisinin özü haqqında dezinformasiya yayılsa və şəxsiyyətinə toxunulsa, yəqin o da susmaz. Mən heç vaxt jurnalistləri təhqir etmərəm. Amma onlar da nəzərə alsınlar ki, qarşılarındakı qadındır, anadır. Yəni reytinq xatirinə mənə qara yaxmaq olmaz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB