Türkiyədə yaşayan müğənni İradə İbrahimova uzun fasilədən sonra klip çəkdirib. Bu haqda SİA-ya ifaçının özü danışıb: "Ekran işini Türkiyədə yerli rejissorlardan olan Gülşən Aybabaya çəkib. İsra Gülümsərə aid "Seneler" mahnısının çəkilişləri Bosphorus palace-də aparılıb. Klipdə sujet xətti yoxdur. Ekran işi reklam çarxı tərzindədir. Klipdə ötən illəri xatırladan xanım obrazındayam. Əsas mahnı və mən ön plandayıq".
Nəzərinizə çatdıraq ki, çəkiliş zamanı vizajist Nigar İbrahimova bacısını tək qoymayıb. İradə xanımın vizajında bacıların birlikdə Azərbaycana gətirdiyi Kryolan make-up-dan istifadə edilib. Müğənniyə HD makiyajla xüsusi obraz verilib.
Qeyd edək ki, klipin rejissoru Gülşən Aybaba keçmiş futbolçu, "Beşiktaşın" teknik direktoru Samet Aybabanın qızıdır.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB