Tədbirlərin birində prodüser Tolik müğənni Niyam Səlamini parodiya edib. Niyam "İsyan" bəstəsini ifa edən zaman Tolik sənətçini ələ salıb. Belə ki, N.Səlaminin oxumaq tərzini və hərəkətlərini təkrarlayıb.
Məsələ ilə əlaqədar olaraq Niyam Səlaminin münasibətini öyrəndik. Müğənni SİA-ya açıqlaması zamanı Tolikin hərəkətlərini zarafat kimi qəbul etdiyini bildirib: "Toliki çox istəyirəm. Onun məni yamsılamasını zarafat kimi qəbul edirəm. Onu da deyim ki, mənim ifam göz qabağındadır. "İsyan" bəstəsini Azərbaycan sənətçisi kimi mən sevdirmişəm".




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB