Xəbər verdiyimiz kimi reper Hüseyn Dərya dünyasını dəyişib. Onun ölümünə sənət dostları çox üzülüb. Şou-biznes nümayəndələrinin fikirlərini SİA oxucularına təqdim edirik:
Samir Xəttab: "Çox pis haldayam. Ən yaxın dostumu itirdim. Allah rəhmət eləsin!"

Reper Anar Nağılbaz: "Hüseyn Dəryanın ölümünə inanmaq istəmirəm. Allah ona rəhmət eləsin. Ailəsinə səbr versin".

Reper Qurd: "Allah rəhmət eləsin! Yeri cənnətlik olsun".

Prodüser Kemal Cenk İçten: "Azərbaycanın ən yaxşı repçilərindən olan qardaşımız Hüseyn Dərya dünyasını dəyişib. Onu heç vaxt unutmayacam. Allah rəhmət eləsin, məkanın cənnət olsun".
.jpg)
Müğənni Pərvin Lətifov: "Allah rəhmət eləsin!"

Müğənni Leyla Ramazanlı: "Hüseyn Dəryanın ölümünə inanmaq istəmirəm. Allah rəhmət eləsin!"

Müğənni Emma Ələkbərzadə: "Hüseyn Dərya öldüyü üçün çox pis oldum. Allah Hüseyn Dəryaya rəhmət eləsin!"

Rejissor Kənan MM: "Bu dünyada başın çox dərdlər gördü. Allah o dünyada yerini cənnət eləsin. Çox üzüldüm. Səndən bizə bir tək mahnıların və unudulmaz xatirələrin qaldı. Allah rəhmət eləsin!"

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB