Qalmaqallı müğənni Kərim Abbasov yenicə klip çəkdirdiyi "Mənə bir az ondan danış" adlı mahnısı haqqında söz açıb. O, SİA-ya açıqlaması zamanı sözügedən bəstəni həmkarı Könül Kərimovadan yaxşı oxuduğunu iddia edib: "Bu mahnı sənətkarımız Könül Kərimovanın da ifasında yaxşı səslənib. Çünki onun gözəl səsi və sənəti var. Onu da deyim ki, mən bir-birimizin ifasını müqayisə edə bilmərəm. Könül xanım sözügedən mahnını türk boğazları ilə, mən isə sırf estrada janrında oxumuşam. Amma mən daha yaxşı səsləndirmişəm (gülür)".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB