“Miss Eurovision”da nələr olacaq?

“Miss Eurovision”da nələr olacaq?

Dünyaca məşhur "Miss Eurovision" beynəlxalq gözəllik yarışmasının Azərbaycan seçimlərinin 1-ci turunun sonuncu kastinqdən sonra mətbuat konfransı keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, finalda 22 xanım müəyyənləşəcək və qalib gözəl ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək. Finalçılar müxtəlif naminantlarla yanaşı avtomobil də qazanacaqlar. Münsiflər heyəti də artıq məlumdur. Layihə rəhbəri, modelyer və akademiyanın prezidenti Mübariz Allahverdizadə, layihənin təşkilatçısı, akademiyanın baş direktoru Aqil Məmiyev müğənnilər Nura Suri, Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçısı model Anastasiya Bern,Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı, model İlqar Əliyev olacaq.

Nəzərinizə çatdıraq ki, mətbuat konfransı15 mart, saat 17:00-da "The Public Club"da baş tutacaq.

Qeyd edək ki, gələn il də bu yarışma ölkəmizdə planlaşdırılır. Gözəlliyinə əmin olan hər bir xanım seçim turlarına qatıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə