“Aygün Kazımova ilə Niyam Səlami dostdur”

“Aygün Kazımova ilə Niyam Səlami dostdur”

Deyilənlərə görə, xalq artisti Aygün Kazımova ilə müğənni Niyam Səlami arasında qalmaqal yaşanıb. Hətta Aygün məclislərin birində Niyamı görərək, salam verməyib.

Məsələ ilə əlaqədar olaraq Niyam Səlaminin mətbuat katibi ilə əlaqə saxladıq. O, SİA-ya açıqlaması zamanı xəbəri təkzib etdi: "Yayılan xəbərlər şayiədir. Çünki Aygün Kazımova ilə Niyam Səlami dostdur. Onlar bir-birlərindən küsməyiblər və aralarında heç bir xoşagəlməz hadisə yaşanmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə